Modern.az

Sürücünün ölümü ilə bağlı cinayət işi açıldı

Sürücünün ölümü ilə bağlı cinayət işi açıldı

Hadisə

18 Oktyabr 2024, 17:08

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.

Modern.az-ın məlumatına görə, hadisə bu gün saat 15 radələrində rayonun İtitala kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə həmin yolda hərəkətdə olan Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub, daha sonra isə divara dəyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU