Modern.az

İntihar edən hərbçimizin FOTOSU

İntihar edən hərbçimizin FOTOSU

Ölkə

19 Oktyabr 2024, 16:27

Xəbər verdiyimiz kimi, ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Novruz Gözəlov intihar edib.

 

Modern.az-ın məlumatına görə, intihar edən hərbçimiz Bakı şəhərindəndir.

 

O, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayırdı.

 

Novruz Gözəlov ailədə iki qardaşın böyüyü olub. 18 yaşlı gəncin bir neçə ay öncə hərbi xidmətə yollandığı bildirilir.

 

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, zəruri istintaq hərəkətləri həyata keçirilib.

 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

 

İntihar edən hərbçimizin fotosunu təqdim edirik:

1388862

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək