Modern.az

Türkiyəni sarsıdan əməliyyatın pərdə arxası - nazirlərin oğlu niyə tutuldu? - FOTOLAR

Türkiyəni sarsıdan əməliyyatın pərdə arxası - nazirlərin oğlu niyə tutuldu? - FOTOLAR

Təhsil

17 Dekabr 2013, 14:36


İstanbul Cümhuriyyət Baş Prokurorluğun tərəfindən bu səhər sui-istifadə və rüşvət iddiası ilə  əlaqədar icra edilən istintaqla bağlı ayır ünvanlara əməliyyatlar başladılıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, bu ana qədər aralarında iş adamı Əli Ağaoğlu, üç ayrı nazirin oğlu, bəzi məsləhətçilər, Xalq Bankının ümumi müdiri Süleyman Aslan və Rza Zərrabın da olduğu 37 adamın nəzarətə alındığı əməliyyat 3 ayrı istintaqı əhatə edir.

Birinci istintaqın iş adamı Əli Ağaoğluna, ikinci istintaqın Fateh bələdiyyə başçısı Mustafa Dəmir ilə Müammər Gülərin oğlu Barış Gülər, Zəfər Çağlayanın oğlu Saleh Kaan Çağlayan və Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktara, üçüncü istintaqın isə iş adamı Rza Zərrab ilə Xalq Bankının ümumi müdiri Süleyman Aslanın aralarında olduğu şəxslərlə əlaqədar olduğu bildirilir..

Təhlükəsizlik ümumi müdirliyindən, eləcə də Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə idarəsindən əldə edilən məlumatlara görə, əməliyyatlar bir ildən bəri sürən fiziki və texniki təqiblərdən sonra keçirilib.

Bu səhər təşkil edilən əməliyyatı İstanbul Cümhuriyyət Baş prokurorluğu icra edir. İstintaqın gələn bir xəbər əsasında başladığı və nəzarətə alınanların təxminən bir ildir izlənildikləri məlum olub.





Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı