“Müsavat rəhbərliyi “El” Hərəkatı ilə görüş keçirməyi nəzərdə tutub”. Modern.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. Onun sözlərinə görə, görüşün keçirilmə vaxtı bəlli deyil: “Görüş bəlkə bu həftə deyil, növbəti həftədə olsun. Divanın yaydığı məlumatda da “El” Hərəkatı ilə müzakirələr aparılacağı qeyd olunub. Hələ ki vaxtla bağlı müzakirələr aparılır”.
Qeyd edək ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mətbuata açıqlamasında deyib ki, Müsavat Açıq Cəmiyyət Partiyası və “El” Hərəkatı ilə müttəfiqlik sazişi barədə hər hansı bir müzakirə aparmağı düşünmür.
Xatırladaq ki, Müsavat Partiyası demokratik düşərgənin əməkdaşlıq imkanları və perspektivləri barədə ikitərəfli və çoxtərəfli məsləhətləşmələr aparmağı qərara alıb. Artıq, Milli Şuraya daxil olan AXCP və KXCP ilə görüşlər keçirilib. Növbəti görüşlər isə “El” Hərəkatı, NİDA Vətəndaş Hərəkatı, ziyalılar və digər qüvvələrlə planlaşdırılır.
İlkin PİRƏLİ