Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova öz facebook səhifəsində məlumat yerləşdirib.
Modern.az-ın məlumatına görə, P.İbrahimova qeyd edib: "Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq jurnalistika ixtisasını bitirmiş Azərbaycan və rus bölməsi məzunlarının nəzərinə!
Əziz həmkarlar!
Məlumunuz olsun ki, 1996-1997-ci tədris ilindən etibarən beynəlxalq jurnalistikaya qəbul dayandırıldıqdan sonra 2004-cü ildə Jurnalistika fakültəsində eyni adlı kafedra yaradılıb. Gələn il həmin kafedranın 10 illik yubileyidir. Bununla bağlı kafedra müdiri Həmid Vəliyev kitab hazırlayır və kitabda beynəlxalq jurnalistikanı bitirmiş məzunlar bölməsinin olmasını istəyir. Odur ki, dekabrın sonuna kimi özünüz haqqında (şəkil də daxil olmaqla) məlumat hazırlayıb [email protected] göndərməyinizi xahiş edirəm. Məlumatı Beynəlxalq jurnalistikanı bitirmiş digər dostlarımızla bölüşməyi də rica edirəm".