"Azərbaycanı hədəfə alan qüvvələr bilsinlər ki, onlar azlıqdadır. Cinsi azlıqlar, digər azlıqlar var, bunlar da COP azlığı olsun”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın ilk iclasında deputat Elman Nəsirov deyib.
“COP29-da müzakirə olunan ən mühüm məsələ iqlim dəyişikliyi ilə bağlıdır. Amma söyüş müxalifəti deyilən bir hissə var. Onlar gecə-gündüz Azərbaycan ictimai fikrinə təsir göstərir, COP29 əleyhinə təbliğat aparırlar. Sapı özümüzdən olan baltalar başlayıblar ki, Azərbaycandakı bu tədbiri boykot etmək lazımdır. Amma iki yüz dövlət bizim müdafiə edib, işimiz haqq işidir", - deyə o bildirib.