Türkiyənin xarici işlər naziri Hakan Fidan FETÖ terror təşkilatının lideri Fətullah Gülənin öldüyünü təsdiqləyib.
Modern.az xəbər verir ki, Fidan bu barədə Ankarada keçirilən mətbuat konfransında danışıb.
Nazir qeyd edib, kəşfiyyat məlumatları Fətullah Gülənin öldüyünü təsdiqləyir.
Hakan Fidan FETÖ-yə qarşı mübarizənin davam edəcəyini vurğulayıb.