Modern.az

AMEA-da Ramiz Mehdiyevin dövründəki yeyinti ilə bağlı cinayət işi AÇILDI

AMEA-da Ramiz Mehdiyevin dövründəki yeyinti ilə bağlı cinayət işi AÇILDI

Ölkə

21 Oktyabr 2024, 14:52

Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş material əsasında Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.



Sözügedən qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.



Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

Qeyd edək ki, 2019-2022-ci illərdə quruma Ramiz Mehdiyev rəhbərlik edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək