Bakı və Abşeron yarımadasına yağan leysan yağış yol qovşaqlarında yerləşən tunellərdə fəsadlara səbəb olub.
Modern.az xəbər verir ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki tuneli su basıb.
Mərdəkan tunelində suda batan “Hyundai Caunty” markalı avtobusu çıxarmaq üçün əraziyə texnika cəlb edilib.
Analoji vəziyyəti Sabunçu ərazisində də qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildiriblər ki, paytaxtda aramsız yağışların yaratdığı fəsadlarla bağlı "Sabunçu keçidi" adlanan əraziyə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Sosial şəbəkələrdə yayılmış görüntüləri təqdim edirik: