Modern.az

Bakıda qadını döyən, 2 nəfərə xəsarət yetirən şəxslər saxlanıldı

Bakıda qadını döyən, 2 nəfərə xəsarət yetirən şəxslər saxlanıldı

22 Oktyabr 2024, 10:20

Oktyabrın 21-də saat 3 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən restoranların birində 2000-ci il təvəllüdlü qadının döyülməsi, 1984-cü il təvəllüdlü Ş.Mustafayevə və 1994-cü il təvəllüdlü F.İsmayılova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, biri əvvəllər məhkum olunmuş şəxs olmaqla 5 nəfər müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU