Modern.az

Eldar Əzizov Bakıdakı vəziyyətdən danışdı: "Nöqsanlara yol verilib"

Eldar Əzizov Bakıdakı vəziyyətdən danışdı: "Nöqsanlara yol verilib"

Ölkə

22 Oktyabr 2024, 13:00

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda yağıntının yaratdığı fəsadlara münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, bu barədə o, jurnalislətə danışıb.

 

İcra başçısı qeyd edib ki, təbii fəlakətin nəticəsi göz qabağındadır, normadan artıq yağıntı olub.

 

“İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin, tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda birmənalı qiymət vermək hələ tezdir. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edəcəyik və ondan sonra müəyyən tədbirlər görüləcək”, - Eldar Əzizov vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü