Modern.az

Bu rayonlarda yağış dayanıb

Bu rayonlarda yağış dayanıb

22 Oktyabr 2024, 18:41

Oktyabrın 22-si saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.

 

Bu barədə Modern.az-a Milli Hidrometerologiya xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

 

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib. Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunur.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü