Modern.az

Çətənə yetişdirən şəxsdən 2 kq marixuana götürüldü

Çətənə yetişdirən şəxsdən 2 kq marixuana götürüldü

23 Oktyabr 2024, 09:08

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Araz Talıbov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, onun yaşadığı ünvandan 2 kiloqramdan artıq marixuana, kəndin çöllük ərazisindən isə sonuncu tərəfindən kültivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən son günlərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 10 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü