Modern.az

Bakıda dəhşət: Aktyor və Əməkdar müəllim qətlə YETİRİLDİ

Bakıda dəhşət: Aktyor və Əməkdar müəllim qətlə YETİRİLDİ

23 Oktyabr 2024, 10:12

Nəsimi rayonunda qətlə yetirilən İosif Tkaç Bakıda anadan olub.

 

Modern.az-ın məlumatına görə, 1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. O, 1997-ci ildən Rus Dram Teatrının aktyoru olub.

 

Onun həyat yoldaşı Tkaç Lyudmila Mixaylovna isə Elitar Gimnaziyanın müəllimi olub. O, 2015-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

 

***

09:32

Bakının Nəsimi rayonunda 1939-cu il üzrə İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il üzərinə Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat haqqında məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır. "Qafqazinfo" yazıb ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısında – Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib.

 

Saat 21 radələrində həmin binadakı mənzilllərdən birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb. 85 yaşlı kişinin boynunun kəsilərək, qadının isə başına zərbə endirilərək öldürülməsi müəyyənləşib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU