Modern.az

Paşinyan Baydenin xüsusi köməkçisi ilə nələrdən danışdı...

Paşinyan Baydenin xüsusi köməkçisi ilə nələrdən danışdı...

23 Oktyabr 2024, 10:40

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidentinin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenteri və Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Modern.az xəbər verir ki, Maykl Karpenter əvvəlcə ABŞ prezidenti Co Baydenin məktubunu baş nazir Paşinyana təqdim edib. Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin müzakirəsi ilə bağlı məsələləri müzakirə ediblər.

Baş nazir Paşinyan Ermənistanın artıq razılaşdırılmış maddələr əsasında sülh müqaviləsi imzalamağa və gələcək müzakirələri davam etdirməyə hazır olduğunu təsdiqləyib. Nikol Paşinyan əmin olduğunu bildirib ki, sazişin imzalanması qarşılıqlı etimadı artıracaq və digər məsələlərin müzakirəsinə və razılığın əldə olunmasına müsbət təkan verəcək.

Maykl Karpenter ABŞ-ın Ermənistanın sülh və sabitliyin təşviqi ilə bağlı öhdəliyini və addımlarını alqışladığını vurğulayıb, həmçinin sərhədlərin delimitasiyası prosesinin və Qaydaların imzalanmasının vacibliyini qeyd edib. O, ABŞ-ın bölgədə sülh və sabitliyin təşviqinə davam etməyə hazır olduğunu vurğulayıb.

Regional kommunikasiyaların blokdan çıxarılması imkanları ətrafında da fikir mübadiləsi aparılıb. Maykl Karpenter ABŞ-ın Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Görüşdə Ermənistan-ABŞ ikitərəfli əməkdaşlıq gündəliyinə, eləcə də qarşılıqlı maraq doğuran digər mövzulara toxunulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü