Modern.az

Sürücülərin nəzərinə: paytaxt yollarında yeni radar NİŞANLARI

Sürücülərin nəzərinə: paytaxt yollarında yeni radar NİŞANLARI

23 Oktyabr 2024, 11:02

Paytaxt yollarında yeni nəsil radar xəbərdarlıq nişanları quraşdırılmağa başlanıb.

Modern.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Qeyd olunub ki, yeni standartlara uyğun olan bu nişanlar artıq aeroport yolunda quraşdırılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "oxu.az"a verilən açıqlamada yol nişanlarının yenilənməsi faktı təsdiqlənib:

"AYNA tərəfindən Azneft dairəsi - Hava limanı marşrutu üzrə bütün yol nişanları yenilənir. Bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində radar məlumatverici yol nişanları da yeni tərtibatda quraşdırılıb", - deyə məlumatda bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü