Modern.az

AFFA hakimləri təhqir edən məşqçiləri cəzalandırdı

AFFA hakimləri təhqir edən məşqçiləri cəzalandırdı

İdman

23 Oktyabr 2024, 12:54

Azərbaycanın aşağı yaş qruplarından ibarət liqalarında hakimləri təhqir edən məşqçilər cəzalandırılıb.

Modern.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-15 Liqasında keçirilən “Zirə” – “Kəpəz” oyununda qonaq komandanın məşqçisi İlqar Hüseynov qarşılaşmanın 76-cı dəqiqəsində köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə gördüyünə görə 5 oyun cəzalandırılıb.

U-10 Liqasında keçirilən “Ahmedoğlu” –”Muğan” oyununun 15-ci dəqiqəsində meydan sahiblərinin köməkçi məşqçisi Şəhruz Salmanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırılmasına, bundan sonra da hakimi təhqir və hədə-qorxu gəlməyə davam etdiyinə görə 5 oyunluq cəzaya məruz qalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər