Modern.az

BRICS üzvlərinin sayı 13-ə çatdırılır - Siyahıdakı 4 yeni dövlət hansılardı?

BRICS üzvlərinin sayı 13-ə çatdırılır - Siyahıdakı 4 yeni dövlət hansılardı?

23 Oktyabr 2024, 14:04

Xəbəır verildiyi kimi, oktyabrın 22-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində XVI BRICS sammiti keçirilir.
BRICS liderlərinin oktyabrın 24-dək davam edəcək sammitində 30-dan çox ölkədən nümayəndə heyətinin iştirakı planlaşdırılıb.

Sammitdə müzakirə olunacaq əsas məsələlərdən biri BRICS-in sıralarının genişlənməsi, təşkilata yeni dövlətlərin qoşulmasıdır.

Qeyd edək ki, bir sıra dövlətlər, o cümlədən Azərbaycan və Türkiyə də BRICS-ə qoşulmaq üçün müraciət edib.

“BRICS-in gələcək genişlənməsi tərəfdaş dövlət meyarlarının dəqiqləşdirilməsi yolu ilə baş verəcək”.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

“Birlik tərəfdaş-dövlət üçün vacib meyarlar üzərində razılığa gəlib və BRİKS-in daha da genişlənməsi bu filtrdən keçəcək”, - Uşakov bildirib.

Bu kontekstdə o qeyd edib ki, 13 dövlətdən ibarət siyahı razılaşdırılıb.

“Hələlik biz bu ölkələrin adlarını dərc etməmək qərarına gəldik. Xüsusən ona görə ki, bu dövlətlərlə onların BRİKS-ə tamhüquqlu üzvlük və ya hər hansı uyğun formada qoşulmağa hazır olma səviyyəsi barədə danışmalıyıq”, - Kreml rəsmisi vurğulayıb.

Xatırladaq ki, təşkilat 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2011-ci ildə isə ona Cənubi Afrika da qoşulub. 2024-cü il yanvarın 1-də Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya BRICS-in tamhüquqlu üzvü oldular.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi