Modern.az

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

23 Oktyabr 2024, 15:02

AFFA 2027-ci ildə Çempionlar Liqasının final oyununa evsahibliyi üçün UEFA-ya müraciət edib.

Modern.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qitənin bir nömrəli klub turnirinin həlledici matçının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi üçün Avropa futbol qurumuna rəsmi müraciət ünvanlanıb.

UEFA-nın yaydığı məlumata görə, BOS-la yanaşı, İspaniyanın Madrid şəhərində yerləşən "Metropolitano" stadionu da final oyununa evsahibliyi etməyə namizədliyini irəli sürüb.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı görüşü Almaniyanın Münhen şəhərində keçiriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?