Modern.az

Şabranda ov edən şəxsin tüfəngini aldılar

Şabranda ov edən şəxsin tüfəngini aldılar

Aktual

23 Oktyabr 2024, 15:14

Şabranda qanunsuz ov edən şəxs tutulub.

Modern.az xəbər verir ki, Şabranda polis tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən R.Ağayev saxlanılıb.
Həmin şəxsdən 1 ədəd ov silahı, həmin silaha məxsus patronlar və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü