Modern.az

Gəncə Dövlət Universitetində ustad dərsi - FOTO

Gəncə Dövlət Universitetində ustad dərsi - FOTO

COP29

23 Oktyabr 2024, 15:42

Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov  Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə ustad dərsi keçib.

Modern.az xəbər verir ki, dərsdə universitetin Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, orta məktəbin direktoru Nizami Rzayev və yuxarı sinif  şagirdləri iştirak ediblər.

“COP29 Yaşıl dünya naminə həmrəliyin qlobal təzahürüdür” mövzusunda təşkil olunan ustad dərsində professor Vaqif Novruzov bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən danışıb. Bildirib ki,  belə mötəbər beynəlxalq  tədbirin Bakıda keçirilməsi təsadüfi deyil, ölkəmizdə, o cümlədən də Gəncədə ekoloji təmizlik çox ciddi şəkildə qorunur, yaşıllıq sahələri artırılır və səmərəli nəticələri də var. Professor diqqətə çatdırıb ki, bu gün planetimizin ekoloji vəziyyəti, problemlər həyəcan təbili kimi səslənir. Heç təsadüfi deyildir ki, konvensiyanın ən ali məqsədi də iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab olunan bütün müdaxilələrin qarışısının alınmasıdır.

Ustad dərsində məruzəçi təbii ehtiyatların potensial imkanlarının müəyyənləşdirilməsi və həmin sərvətlərdən səmərəli istifadə etməyin yollarından ətraflı danışıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər