Modern.az

Pezeşkian: ABŞ dolları silah kimi istifadə edir

Pezeşkian: ABŞ dolları silah kimi istifadə edir

23 Oktyabr 2024, 16:48

İran prezidenti Məsud Pezeşkian Kazanda keçirilən BRICS liderlərinin sammitində çıxış edib.

Modern.az xəbər verir ki, çıxışı zamanı BRICS qrupunun əhəmiyyətinə toxunan Pezeşkian, bu təşkilatın qarşılıqlı əməkdaşlıq baxımından Qlobal Cənub ölkələri üçün uğurlu model olduğunu bildirib.

Prezident Pezeşkian Qəzza və Livandakı hadisələrlə bağlı deyib:

“Biz İran olaraq Fələstində və Livanda daimi atəşkəsin bərqərar olunmasını, İsrail rejimi qüvvələrinin işğal olunmuş ərazilərdən tamamilə çıxarılmasını və təcili humanitar yardımların çatdırılmasını tələb edirik".

İran prezidenti ABŞ-ı da ittiham edib. O deyib ki, ABŞ dolları silah kimi istifadə edir.

Prezidentin fikrincə, dünya iqtisadiyyatında ABŞ dollarının rolunun azaldılması istiqamətində səylər davam etdirilməlidir. Pezeşkian BRICS-in vahid valyuta sisteminin yaradılmasını və təşkilat daxilində qarşılıqlı ticarətin asanlaşdırılması üçün elektron platformanın hazırlanmasını təklif edib.

"Biz Qərbin hesablama sistemlərindən asılı olmamalıyıq, bu, bütün ölkələr üçün böyük təhlükədir, bu gün olmasa, sabahdır", - Pezeşkian vurğulayıb və əmin edib ki, Tehran qlobal iqtisadi strukturun islahatı üçün addımlar atmağa və dünya iqtisadiyyatı üçün alternativ imkanlar təqdim etməyə hazırdır. 

Xatırladaq ki, İran 2024-cü il yanvarın 1-də BRICS-ə qoşulub.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!