Türkiyənin TUSAŞ şirkətinin Ankaradakı obyektində baş verən terror aktı ilə bağlı istintaq başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
O qeyd edib ki, Ankaranın Kahramankazan bölgəsində yerləşən obyektlərdə terror aktı həyata keçirilib.
"Törədilən terror aktını qətiyyətlə pisləyirəm. Ankara Respublika Prokurorluğu tərəfindən məhkəmə istintaqı başlayıb", - nazir vurğulayıb.
Hadisə yerinə 9 prokuror göndərilib.
Qeyd edək ki, hadisə nəticəsində ölü və yaralıların olduğu bildirilir.