Modern.az

Ankarada 3 terrorçudan ikisi zərərsizləşdirildi

Ankarada 3 terrorçudan ikisi zərərsizləşdirildi

23 Oktyabr 2024, 18:33

Türkiyənin paytaxtı Ankara şəhərində TUSAŞ şirkətinin obyektinə hücum edən terrorçuların zərərsizləşdirilməsi əməliyyatı davam edir.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hücumda iştirak edən 3 terrorçudan ikisi zərərsizləşdirilib.

 

Digər terrorçunun zərərsizləşdirilməsi üçün polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.

 

Hadisə baş verən obyektin içərisində girovların olduğu bildirilir. Ölü və yaralıların olduğu barədə xəbərlər var.

 

Terror aktı ilə əlaqədar istintaq başladılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!