Modern.az

Naxçıvanda partlamamış sursatlar aşkarlandı

Naxçıvanda partlamamış sursatlar aşkarlandı

23 Oktyabr 2024, 18:44

Naxçıvan polisi tərəfindən Kəngərli rayonu ərazisində partlamamış sursatlar aşkar edilib.

 

Modern.az xəbər verir ki, Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Kəngərli rayonunun Çalxanqala kənd ərazisində 2 ədəd tank əleyhinə mina, 1 ədəd əl qumbarası, 1 ədəd 120 mm-lik minaatan mərmi, 1 ədəd tank əleyhinə mərmi və 2 ədəd mina üçün döyüş başlığı aşkar edilib.

 

Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü