Modern.az

TDT Ankaradakı terroru pisləyən bəyanat yaydı

TDT Ankaradakı terroru pisləyən bəyanat yaydı

Aktual

24 Oktyabr 2024, 08:52

Türk Dövlətləri Təşkilatı (TDT) Ankarada TUSAŞ-ın istehsal obyektində törədilən terror aktını şiddətlə qınayıb.

Modern.az xəbər verir ki, bununla bağlı beynəlxalq təşkilat bəyanat yayıb.

"Bu xain hücumu şiddətlə qınayır, Türkiyə Cümhuriyyətinə və qardaş türk xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirik", - bəyanatda deyilr.

Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü