Modern.az

“Qarabağ” bu gün “Ayaks”la qarşılaşacaq

“Qarabağ” bu gün “Ayaks”la qarşılaşacaq

24 Oktyabr 2024, 09:24

Bu gün Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.

Modern.az xəbər verir ki, komandamız Bakıda Niderland "Ayaks"ı ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Bu, hər iki komandanın bir-birinə qarşı tarixdə ilk matçı olacaq.

"Qarabağ" hazırda Liqa mərhələsinin turnir cədvəlində 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda isə "Malmö"yə uduzub (1:2). 

Aktivində 4 xal olan "Ayaks" isə 8-ci pillədədir. Komanda 1-ci turda "Beşiktaş"a 4:0 hesabı ilə qalib gəlib, 2-ci turda "Slaviya"ya ilə bərabərə qalıb (1:1). 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər