Modern.az

Qarabağda indiyədək 161 min mina tapılıb

Qarabağda indiyədək 161 min mina tapılıb

Aktual

24 Oktyabr 2024, 10:44

İşğaldan azad edilmiş ərazilərdə aparılan axtarış işləri nəticəsində 161 min mina aşkarlanıb:

Modern.az xəbər verir ki, bunu ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, indiyə kimi təxminən 168 min hektar sahə minalardan təmizlənib.

Ramil Əzizovun sözlərinə görə, tapılan minalardan 25 mini piyadalar əleyhinə partlayıcı vasitələrdir.

O, 1991-ci ildən indiyə qədər 3400-dən çox insanın mina qurbanı olduğunu xatırladıb.

R.Əzizov deyib ki, təxminlərə görə, işğaldan azad edilmiş ərazilərdə 1.5 milyon mina basdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü