Sumqayıtda yerləşən müəssisədə partlayış baş verib.
Modern.az xəbər verir ki, partlayışın qaz sızması nəticəsində baş verdiyi bildirilir.
Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Maarif oğlu Nuruyev yaralanıb.
Hər 2 şəxs termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.