Modern.az

Əliyevlə Paşinyandan nazirlərə sülhlə bağlı TAPŞIRIQ

Əliyevlə Paşinyandan nazirlərə sülhlə bağlı TAPŞIRIQ

Ölkə

24 Oktyabr 2024, 17:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü olub.

 

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Görüş oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında iclası zamanı baş tutub.

 

Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

**

14:57

 

Kazanda Azərbaycanın Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Modern.az xəbər verir ki, görüş XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının iclası zamanı keçirilir.

 

1390015

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi