Modern.az

Yanukoviçin oğlu Rusiya vətəndaşılığı aldı

Yanukoviçin oğlu Rusiya vətəndaşılığı aldı

24 Oktyabr 2024, 16:25

Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviçin böyük oğlu 51 yaşlı Aleksandr Rusiya vətəndaşlığını qəbul edib.
Modern.az xəbər verir ki, bu barıdı “RİA Novosti” vergi xidmətinin sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, Aleksandr Yanukoviçin Rusiyada şirkəti var və o, 2014-cü ildən Sankt-Peterburqda qeydiyyatdan keçib. Vergi xidməti 2024-cü ildə dəyişikliklər edərək, kiçik Yanukoviçin Rusiya vətəndaşlığına malik olduğunu göstərir, baxmayaraq ki, əvvəlki illərdə sənədlərdə onun Ukrayna vətəndaşı olduğu göstərilirdi.

Aleksandr Yanukoviç Viktor Yanukoviçin böyük oğludur. “Maydan hadisələri”ndən əvvəl o, Ukraynada bizneslə məşğul olub. 2014-cü ildə “Forbes” jurnalı onu "atasının sərvətinin sahibi" adlandırmışdı. Kiçik Yanukoviçin sərvəti o zaman 510 milyon dollar qiymətləndirilirdi.

Aleksandr Yanukoviç 2014-cü ildə atası ölkədən qaçarkən Ukraynanı tərk edib. Ukraynada Aleksandr Yanukoviç barəsində axtarış elan edilib.
O, ABŞ, Avropa İttifaqı və digər Qərb ölkələrinin sanksiyaları altındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü