Modern.az

"Gördüm partlayış oldu, elə bildik zəlzələdir" - Şahidlər DANIŞDI

"Gördüm partlayış oldu, elə bildik zəlzələdir" - Şahidlər DANIŞDI

24 Oktyabr 2024, 16:31

Daşkəsən rayonunda yaşayış binasının 3-cü mərtəbəsində partlayış baş verib. Mənzildə qaz sızmasından yaranan partlayış nəticəsində rayon sakini, 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu ağır yanıq xəsarətləri alıb.

 

Modern.az-ın məlumatına görə, binada yaşayan qonşular partlayışdan danışıb. Bina sakini Humay Bəxtiyarova deyir ki, hadisə səhərə yaxın saatlarda baş tutub.

 

"Gördüm nəsə partlayış oldu, elə bildik zəlzələdir. Tez yuxudan ayıldım. Amma qaranlıq olduğu üçün çölə çıxa bilmədim. Heç belə olduğunu da bilmirdim. Səhər tezdən gördük, bina partlayıb", - o qeyd edib.

 

TƏBİB-dən bildirilib ki, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu bu gün saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.



Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU