Modern.az

"Qarabağ" yenə uduzdu - YENİLƏNİB

"Qarabağ" yenə uduzdu - YENİLƏNİB

24 Oktyabr 2024, 22:50

UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda Bakıda üz-üzə gələn “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında matç yekunlaşıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Ayaks"ın qollarını Kennet Teylor, Vaut Veqhorst və Çuba Akpom vurublar.

 

"Qarabağ"ın heyətində 15-ci dəqiqədə Julio Romao və 79-cu dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulublar.

 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu noyabrın 7-də Norveçdə "Bodo Qlimt"ə qarşı keçirəcək.

***

20:46

Bakıda “Qarabağ” və Niderlandın “Ayaks” komandası arasında keçirilən III tur oyunu start götürüb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma saat 20:45-də başlayıb.

 

Görüşü Şotlandiyadan olan referi Nikolas Uolş idarə edir.

 

***

19:52

UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda bu gün Bakıda keçiriləcək "Qarabağ" - “Ayaks" (Niderland) matçı üçün start heyətləri bəlli olub.

 

Modern.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

 

“Qarabağ”: Mateuş Koxalski, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Julio Romao, Elvin Cəfərquliyev, Kevin Medina, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Olavio Juninyo.

 

Baş məşqçi: Qurban Qurbanov.

 

"Ayaks": Remko Pasver, Daniele Ruqani, Yosip Şutalo, Cordan Henderson, Vaut Veqhorst, Kristian Rasmussen, Kian Fits-Cim, Kennet Teylor, Anton Qoei, Yorrel Hato, Devayn Renç

 

Baş məşqçi: Françesko Farioli

 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər