Modern.az

Livanda üç jurnalist həlak oldu

Livanda üç jurnalist həlak oldu

25 Oktyabr 2024, 11:19

Livanın paytaxtı Beyrutun cənubunda jurnalistlərin qaldıqları otelə düşən bomba faciə ilə nəticələnib.

Modern.az xəbər verir ki, xarici mətbuatın məlumatına görə, İsrailin həyata keçirdiyi hava hücumunda 3 jurnalist həyatını itirib.

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatında 3 jurnalistin həlak olduğu təsdiqlənib. Hadisənin Beyrutun cənubundakı Hasbiya qəsəbəsindəki oteldə baş verdiyi bildirilib.

Aviazərbə nəticəsində “Əl-Manar” telekanalının operatoru (Visam Kasem), “Əl-Mayadin” telekanalının operatoru və mühəndisi (Mohamad Rida və Hassan Nacar) həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü