Modern.az

Göygöldə ölən gənc bu universitetin tələbəsi imiş - FOTOSU

Göygöldə ölən gənc bu universitetin tələbəsi imiş - FOTOSU

25 Oktyabr 2024, 13:40

Göygöldə baş verən qəzada ölən və yaralanan tələbələr Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, həyatını itirən Ramal Qurbanzadə ali təhsil müəssisəsinin ikinci kurs tələbəsi olub.

O, iqtisadiyyat ixtisası üzrə təhsil alırdı.

Fariz Məhərrəmov və Heydər Hüseynov da Azərbaycan Dövlət Aqrar Universitetində oxuyurmuş.

Fotoda: Ramal Qurbanzadə

***

11:30

Göygöldə “VAZ - 21015” və “Opel” markalı avtomobillər toqquşub.

Modern.az xəbər verir ki, qəza nəticəsində rayon sakinləri 18 yaşlı Fariz Məhərrəmov, 40 yaşlı Xəyal Rzayev və 18 yaşlı Heydər Hüseynov yaralanıblar.

18 yaşlı Ramal Qurbanzadə isə aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Lent.az-ın məlumatına görə, qəzaya düşən gənclər Gəncədə təhsil alan tələbələr olub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU