Modern.az

Bələdiyyə sədri barədə protokol tərtib edildi

Bələdiyyə sədri barədə protokol tərtib edildi

25 Oktyabr 2024, 12:44

Biləsuvar rayon Aşağı-Cürəli Muğan bələdiyyəsinin sədri Zahir Şirinov cərimə edilə bilər.

Modern.az-ın məlumatına görə, bələdiyyə sədri barədə İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1-ci (mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmaması) maddəsi ilə inzobati protokol tərtib edilib.

İşə Biləsuvar rayon Məhkəməsində hakim Mədinə Rəsulovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən maddə üzrə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI