Modern.az

“Gürcü arzusu” məni impiçmentə məruz qoyub həbsə atacaq - Prezident

“Gürcü arzusu” məni impiçmentə məruz qoyub həbsə atacaq - Prezident

25 Oktyabr 2024, 12:12

Gürcüstan prezidenti Salome Zurabişvili sabah, oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hakim “Gürcü arzusu” partiyasının qalib gələcəyi təqdirdə özünün həbsxanaya düşə biləcəyini istisna etməyib.

Modern.az xəbər verir ki, Zurabişvili mətbuat konfransında hakim partiya öz planına uyğun olaraq müxalifəti təqiblər etsə, nə baş verəcəyi ilə bağlı suala belə cavab verib:

“Bu baş verərsə, yəqin ki, məni də impiçmentə məruz qoyacaqlar və həbsə atacaqlar”.

Eyni zamanda Gürcüstan prezidenti vurğulayıb ki, o, müxalifətin məğlubiyyətinin mümkünlüyü barədə danışmaq istəmir.

Zurabişvilinin fikrincə, müxalifət partiyaları vətəndaşların yüksək iştirakı olarsa, birgə səylə “Gürcü arzusu”nu məğlub edə və koalisiya hökuməti yaratmağa qadirdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü