Modern.az

250-dən çox sahibkar Qubada TOPLAŞDI

250-dən çox sahibkar Qubada TOPLAŞDI

İqtisadiyyat

25 Oktyabr 2024, 17:24

Quba İş Adamlarına Dəstək (QİAD) təşkilatı oktyabrın 25-də sahibkarlarla görüş keçirib.

 

Modern.az-ın məlumatına görə, Quba şəhərində baş tutan görüşdə Azərbaycanın müxtəlif bölgələrini, həmçinin Quba rayonunu təmsil edən 250-dən çox sahibkar iştirak edib.

 

Tədbir təşkilatın İdarə Heyətinin sədri Cabbar Heybətovun çıxışı ilə başlayıb, o, iştirakçıları QİAD-ın hədəfləri, məqsədləri, gələcək planları barədə məlumatlandırıb.

 

Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, rayonun deputatı Əlibala Məhərrəmzadə, Türkiyə səfirliyinin ticarət baş müşaviri Yakup Sefer, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə, “MÜSİAD Azərbaycan” İdarə Heyətinin sədri Rəşad Cabirli və digər şəxslər çıxış ediblər.

 

Tədbirin əsas məqsədi sahibkarların əlaqələrinin genişləndirilməsi, bölgədə iqtisadi tərəqqinin dəstəklənməsi, regionda sahibkarlığın inkişafına töhfə vermək, ticarətin artırılması, investisiyaların cəlb olunmasıdır.

 

1390365

13903661390364

1390363

1390362

1390361

13903601390359

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu