Modern.az

Cüdoçumuz qızıl medal qazandı

Cüdoçumuz qızıl medal qazandı

İdman

25 Oktyabr 2024, 17:33

Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında Azərbaycan cüdoçularının dueli baş tutub.

Modern.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmməd Rüstəmli finalda Azərbaycanın digər təmsilçisi Anar Quliyevlə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn M.Rüstəmli qızıl, A.Quliyev isə gümüş medala yiyələnib.

Yığmanın digər üzvü Rüstəm Qasımzadə (55 kiloqram) isə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan oyunlarda qızlar və oğlanlar arasında 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunur. Cüdo yarışlarına oktyabrın 26-da yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər