Modern.az

Son dəqiqə qol vurdular, qələbə qazandılar

Son dəqiqə qol vurdular, qələbə qazandılar

İdman

25 Oktyabr 2024, 21:55

Futbol üzrə Misli Premyer Liqasında XI tura start verilib.

 

Modern.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Qərb derbisində “Turan Tovuz” və “Kəpəz” komandaları üz-üzə gəlib. Tovuz Şəhər Stadionundakı görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 15-ci dəqiqədə “Turan Tovuz”un heyətində Veysəl Rzayev açıb. Luis Paçu 76-cı dəqiqədə penaltidən tablodakı rəqəmləri bərabərləşdirib. Tovuz klubuna qələbə gətirən qolu isə əsas vaxta əlavə olunan 3-cü dəqiqədə Emmanuel Hakman vurub.

 

Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Turan Tovuz” 2-ci pillədə qərarlaşıb. Gəncə təmsilçisi isə 3 xalla sonuncu – 10-cu sırada qalıb.

 

Qeyd edək ki, turun digər 4 oyunu oktyabrın 26-da və 27-də keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər