Modern.az

İranda təyyarə reysləri bərpa edilib

İranda təyyarə reysləri bərpa edilib

Dünya

26 Oktyabr 2024, 09:53

İran İsrailin hücumu səbəbindən ölkənin hava məkanını bağladıqdan sonra uçuşların qəbulu və göndərilməsini bərpa edib. 

Modern.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Mülki Aviasiya Təşkilatının nümayəndəsi məlumat verib.

"Bu gün səhər saat 09:00-dan etibarən uçuşlar normallaşıb. Sərnişinlər aviaşirkətlərlə təmasda olmalı və aviadaşıyıcıların göndərdiyi mesajlara xüsusi diqqət yetirməlidirlər. Onlar həmçinin aviaşirkətlərdən dəqiq uçuş vaxtları və ya uçuş gecikmələri barədə məlumat almalıdırlar", - o əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!