Modern.az

Altı məhbus həbsxanadan qaçıb

Altı məhbus həbsxanadan qaçıb

Dünya

26 Oktyabr 2024, 12:34

Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşları Lipetsk vilayətindəki 2 saylı Cəzaçəkmə Müəssisəsinin yoxlanışı zamanı 6 məhbusun qaçdığını aşkar ediblər.

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, məhbuslar qazdıqları tunel vasitəsi ilə həbsxanadan qaçıblar.

Qeyd edilib ki, hal-hazırda bütün operativ xidmətlər onların axtarışına cəmlənib. Lipetsk vilayətinin FİN idarəsi, Daxili İşlər Nazirliyi, Rosqvardiya və FSB ilə birlikdə cinayətkarların axtarılması və saxlanılması üçün zəruri tədbirlər görülür.

Faktla bağlı araşdırmalara başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!