Modern.az

Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı

Aktual

26 Oktyabr 2024, 13:15

İsmayıllıda qanunsuz ov edən şəxslər saxlanılıb.

Modern.az xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Qalınçaq kəndi ərazisində qanunsuz ov edən 2 nəfər saxlanılıb.
Həmin şəxslərdən 2 ov tüfəngi, həmin silaha aid patronlar və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?