Modern.az

Məcburi köçkün ailənin evi yanıb kül oldu

Məcburi köçkün ailənin evi yanıb kül oldu

Hadisə

26 Oktyabr 2024, 19:35

Ağdam rayonunun Xındırıstan kəndində məcburi köçkün ailəsinin məskunlaşdığı evdə yanğın baş verib.

 

Modern.az-ın məlumatına görə, Novruz Həmzəyevin ailəsinin yaşadığı altıotaqlı ev yanıb. Hadisə yerinə Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

 

Yanğınsöndürənlərin səyinə baxmayaraq tikili yanaraq yararsız vəziyyətə düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU