Modern.az

Rayonlara qar və yağış yağıb

Rayonlara qar və yağış yağıb

Aktual

26 Oktyabr 2024, 18:51

Oktyabrın 26-sı saat 18:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

 

Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Altıağac, Quba, Xaltan, Şamaxı, Şabran, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlaxda yağış, Qusar(Laza), Xınalıq, Qrız, Şahdağda isə qar yağır.

 

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 16 m/s-dək güclənib.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 19, Aran rayonlarında 20, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?