Modern.az

Hər kəs mənim çıxışımda özünü görəcək - Dilarə Əliyeva

Hər kəs mənim çıxışımda özünü görəcək - Dilarə Əliyeva

Aktual

26 Oktyabr 2024, 19:26

Əməkdar artist Dilarə Əliyeva oktyabrın 26-da Heydər Əliyev Sarayında baş tutacaq "Mintonasiya” adlı stand-up konsertindən əvvəl mətbuat konfransı keçirib.

 

Modern.az xəbər verir ki, konfransa Dilarə Əliyeva, ssenarist Fariz Əliyev və jurnalistlər qatılıb.

 

Aktrisa Azərbaycanda ilk dəfə rellaşdıracağı stand-up layihəsinin necə ərsəyə gəlməsindən danışıb, o qeyd edib ki, konsert Azərbaycanda böyük səhnədə bir qadının təqdimatında ilk stand-up kimi tarixə düşəcək. 

 

“Layihənin ssenari və ideya müəllifi Fariz Əliyevdir. Bu ideya haqqında neçə illərdir ki, düşünürdük. Mənim bu konsertə böyük sevgim və həvəsim var idi. Amma nədənsə layihəni gerçəkləşdirə bilmirdik. Farizlə danışdıq, çox maraqlı adlar təklif edildi. Sonda ürəyimizə yatan "Mintonasiya” oldu. Biz söz adamıyıq. Bu işi yalnız komediyaçılar həyata keçirə bilərlər. Onlar hər şeyi görür və yerində dəyərləndirə bilir. Bu cür adamlar üçün söz ən böyük nemətdir. Sözü çatdırmaqdan da çox şey asılıdır. Demək ki, əsas sözlər deyil, bizim intonasiyalarımızdır. İntonasiya min cür ola bilər. Fariz Əliyev dedi ki, min intonasiya deməkdənsə, ikisi bir arada səslənə bilir və nəticədə gözəl bir söz yaranır. Baxan kimi anlaşılır ki, mintonasiya nə deməkdir”.


Dilarə Əliyeva onu da bildirib ki, kişi “stand-up”çılarının əsas hədəfi qadınlar olub, onun çıxışında isə hər şey tamamilə fərqli olacaq. “İnsanlar konsertdə danışdıqlarıma güləcək, amma hər kəs orada özünü də görəcək” - deyə o vurğulayıb.

Arifə Kərimzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!