Modern.az

12-ci mərtəbədən yıxılan azyaşlı evə buraxıldı

12-ci mərtəbədən yıxılan azyaşlı evə buraxıldı

Aktual

27 Oktyabr 2024, 12:04

Yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və 10 gün komatoz vəziyyətdə (koma) qalan balaca Eldar evə buraxılıb.

 

Modern.az-ın məlumatına görə, 01.10.2024-cü il tarixində saat 14:00 radələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən kəskin ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 2013-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) zamanında göstərilən tibbi müdaxilə nəticəsində sağ qalıb. 

 

Tibb müəssisəsinin Təcili yardım şöbəsinə yerləşdirilən azyaşlıya ağır müştərək travma (qapalı kəllə-beyin travması, subaraxnoidal qansızma, kəllə sümüyünün sınığı, döş qəfəsinin kontuziyası, sağtərəfli pnevmotoraks, sağ bazu və sağ bud sümüyün başının sınığı, posttravmatik şok, posthemorragik şok) diaqnozları təyin edilib.

 

14 gün ərzində tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi aparılan azyaşlı koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas edildikdən sonra müalicəsi tibb müəssisənin Neyrotravma şöbəsində davam etdirilib. 

 

Həmçinin 1 həftə öncə Abşeron Rayon Mərkəzi Xəstəxasının üz-çənə cərrahı, həkim Xəyal Aşurəliyev tərəfindən alt çənə sınıqlarının osteosintezi əməliyyatı icra edilib. 

 

O, təbiblərimizin inamı və mübarizəsi nəticəsində sağlamlığına qovuşub və vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI