Tərtərdə 1 ton pambıq yanıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, Tərtər rayonunun Borsunlu kəndində ümumi sahəsi 60 kvadratmetr olan talvarın altında yığılan 1 ton pambıq yanıb.
Talvar, pambığın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.