Modern.az

Gürcüstan parlamentinin ilk iclası bu vaxt keçiriləcək

Gürcüstan parlamentinin ilk iclası bu vaxt keçiriləcək

27 Oktyabr 2024, 23:55

Gürcüstan Mərkəzi Seçki Komissiyasının yekun protokolu noyabrın ortalarına qədər hazır olacaq.

 

Modern.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.

 

Onun sözlərinə görə, səslərin hesablanması, şikayətlərlə bağlı proseslər noyabrın ortalarına qədər başa çatacaq. “İcmal protokol noyabrın ortalarına qədər hazır olacaq və konstitusiya ilə müəyyən edilmiş 10 gün müddətində parlament ilk iclasını keçirəcək”, - deyə Ş.Papuaşvili vurğulayıb.

 

Qeyd edək ki, Gürcüstan MSK seçkilərlə bağlı yekun protokolu təqdim etdikdən sonra 10 gün müddətinə prezident onu təsdiqləməlidir. Əgər prezident protokolu təsdiq etməsə, Parlament müstəqil olaraq fəaliyyətə başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü