Modern.az

Ermənilər Atatürkdən bəhs edən cizgi filiminə mane oldu

Ermənilər Atatürkdən bəhs edən cizgi filiminə mane oldu

28 Oktyabr 2024, 09:11

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün uşaqlığından bəhs edən cizgi filmi Avropa ölkələrində erməni lobbisinin maneləri ilə üzləşib.

 

Modern.az-ın məlumatına görə, ermənilər “Mustafa” cizgi filminin Avropada nümayişinin qarşısını alıb.

 

Məlumatı cizgi filminin prodüseri Kamuran Ayna bildirib. O, filmin tanıtımına başladıqdan dərhal sonra Avropada erməni lobbisi tərəfindən bloklandığını deyib.

 

"Rədd əvvəlcə Almaniyadan, sonra isə Avstriyadan gəldi", - Kamuran Ayna deyib.

 

Qeyd edək ki, cizgi filminin hədəf auditoriyası azyaşlılardır. Film Atatürkün uşaqlığından bəhs edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü